Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır


18:54     29 May 2020 cinayetkar%20usaq.jpg

"Mayın 18-dən sonra testlərin sayında 4 faiz artım olub".

Femida.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 0-9 yaş arası yoluxma 5 faiz olub: "Qadınların yoluxma faizi 54, kişilərdə isə 46 faiz təşkil edib".

R.Bayramlı vurğulayıb ki, vəfat edənlərin 20 nəfəri 60-69, 1 nəfəri 30-39, 2 nəfəri 40-49, 13 nəfəri 50-59, 17 nəfəri 70-79 yaş arası, 5 nəfəri isə 80 yaşdan yuxarı olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1111