Həftəsonları məhdudiyyətlərin tətbiqi gündəmdədir


19:38     29 May 2020 trend_bulvar_yeni_260515_16.jpg


"Şənbə və bazar günləri sərt tədbirlərin həyata keçirilməsi gündəmdədir".



Femida.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, yaxın günlərdə yoluxma sayı artarsa, respublika üzrə qısamüddətli qadağa tətbiq edilə bilər.

R.Bayramlı qeyd edib ki, sağalan şəxslərdən qan alınması müalicəsinə başlanılıb: "Bu üsul daha effektiv nəticə verib. Çox ağır və dərman müalicəsinə tabe olmayan şəxslərin həyata qayıtmasının şahidi olduq. Sağalan vətəndaşları yenidən qan verməyə dəvət edirik".

Femida.az

Açar sözlər:

Oxunub: 1564