Dünyada koronavirusa yoluxma 6 milyonu ötdü
09:13 30 May 2020
Dünyada koronavirus infeksiyasına yoluxan 2 655 258 nəfər sağalıb, 366 284 nəfər isə koronavirusun yaratdığı xəstəlikdən ölüb.
Femida.az xəbər verir ki, indiyədək 6 019 977 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma halları ABŞ (1 791 679), Braziliya (465 166) və Rusiyada (387 623) qeydə alınıb.
Hazırda dünyada 2 998 435 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 757 nəfərin vəziyyəti ağırdır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Femida.az
Oxunub: 664
Oxşar xəbərlər
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 466 milyona çatır
- Dünyada koronavirusa yoluxanların sayı 456 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 450 milyon nəfəri ötüb