Bakı polisi üç nəfərdən narkotik götürdü
10:26 30 May 2020
Xətai rayon Polis İdarəsinin Post-Patrul Xidməti və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsilə məhkum olunan, 1985-ci il təvəllüdlü Azər Məmmədov saxlanılıb.
Femida.az xəbər verir ki, onun üzərinə baxış keçirilərkən 0,472 qram heroin aşkar edilərək götürülüb.
Bundan başqa, daxil olan əməliyyat məlumatı əsasında Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları rayon ərazisində əməliyyat həyata keçirib.
Belə ki, əməliyyat əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunan 1980-ci il təvəllüdlü Əfqan Ağayev və 1985-ci il təvəllüdlü Həmid Meybullayev saxlanılıb.
Üzərlərinə baxış keçirilərkən Ə.Ağayevdən 15, 530 qram, H.Meybullayevdən isə 0,168 qram heroin aşkar edilərək götürülüb.
Femida.az
Oxunub: 595
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb