Koronavirusa görə Azərbaycana turist axını 91,7 faiz azalıb


11:56     30 May 2020 1426079192_turistbaki.jpg


“Ötən illə müqayisədə, apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb”.

Femida.az-ın məlumatına görə, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

O qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin sayında 15-17 faiz artım olub:

“Koronavirus pandemiyası başladı. Aprelin sonu üçün ölkəmizə gələn xarici vətəndaşların sayı ötən illə müqayisədə, 91,7 faiz azalıb. Mayda da təxminən elə rəqəmlər gözlənilirdi.

Hazırda gələnlərin sayı sıfırlanıb. Bu, gözlənilən idi. Çünki dövlətlər sərhədlərini bağlayıb, gediş-gəliş dayanıb”.

Femida.az

Açar sözlər: #turizm  

Oxunub: 561