Fransa senatoru Prezident İlham Əliyevə təşəkkür edib
13:24 30 May 2020
Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Femida.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Cənab Prezident.
Artıq iyirmi ildən çoxdur bir-birimizi tanıyırıq və münasibətlərimizin səviyyəsini hər zaman yüksək qiymətləndirmişəm.
Yaşadığımız bu böhranlı dövrdə müəyyən etdim ki, Bakıda keçirilən humanitar forumlarda səslənən sözlər və çıxışlar kağız üzərində qalmır. Əməllə sözlərin üst-üstə düşdüyünü gördüm.
Sizin qayğınız və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sayəsində departamentimiz minlərlə maska, 210 test və qoruyucu geyimlərdən faydalanmışdır.
Buna görə şəxsən Sizə səmimi qəlbdən və rəğbət hissi ilə təşəkkür etmək istərdim. Tezliklə görüşəcəyimizə, daha səmərəli beynəlxalq əməkdaşlıq və ortaq humanizm maraqları naminə bütün bu mövzuları müzakirə edə biləcəyimizə ümid edirəm.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Femida.az
Oxunub: 670
Oxşar xəbərlər
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
- Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib
- Fransa Prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
- Fransanın şimalında quş qripi ocağı aşkarlanıb