Bərdədə polis və qadın bıçaqlandı


13:31     30 May 2020 bicaq.jpg

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın verdiyi məlumata görə, hadisə Qaradəmirci kəndində qeydə alınıb.

Rayon sakini Elçin Cəfərov əvvəlcə bacısı Vüsalə Cəfərovanı, sonra isə hadisə yerinə gələn polis zabiti Eşqin Məmmədovu bıçaqlayıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 367