Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib


20:22     30 May 2020 xestexana.jpg

Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.

Hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib.

Açar sözlər:

Oxunub: 840