Azərbaycanda daha 4661 nəfər COVID-19 testindən keçib, onların 257-si pozitiv olub


21:40     30 May 2020 20_05_30_1590860452.jpg

Bu gün Azərbaycanda koronavirusla bağlı edilən test sayı 4661 olub.

TƏBİB-dən Femida.az-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 294 264-dür.

Qeyd edək ki, Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 5246, vəfat edənlərin sayı 61, sağalanların sayı 3327-dir.

Hazırda 1858 aktiv koronavirus xəstəsinin 82-si reanimasiyadadır, 15 nəfər süni tənəffüs aparatına qoşulub.

Açar sözlər:

Oxunub: 588