Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutulub
09:38 31 May 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 654
Oxşar xəbərlər
- Mövqelərimiz atəşə tutulub
- Mövqelərimiz atəşə tutulub
- Mövqelərimiz atəşə tutulub
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutuldu
- Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutuldu
- Mövqelərimiz iriçaplı silahlardan atəşə tutuldu