Deputatlar yaz sessiyasının sonuncu iclasına toplaşdı


10:08     31 May 2020 2020/03/meclis_esas_1583830079.jpg


Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.


Femida.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi, “Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 646