Azərbaycanlı vəkillər Ukrayna və Fransa vəkillərinə qalib gəldi


10:50     31 May 2020 20_05_31_1590907955.jpg


Mayın 30-da Azərbaycan və Odessa vəkillərindən ibarət komandalar arasında 1-ci Beynəlxalq Onlayn Şahmat Turniri keçirilib.

Femida.az xəbər verir ki, vəkillərimizdən ibarət “Azerbaijan attorneys in chess” şahmat komandası Odessanın vəkillərindən ibarət “Шахмантая ладья Одессы” yığma komandasına 13:7 hesabı ilə qalib gəlib. Yarış Odessa Vəkillər kollegiyasının təşəbbüsü və təşkilati dəstəyi ilə baş tutub, yerli qurumun Youtube və Facebook hesablarında canlı yayımlanıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Azerbaijan attorneys in chess” komandası Aydın Ələkbərov, Camal Əliyev, Elşən Səfərov, Elyar Həsənov, Əkrəm Həsənov, Əziz Eminov, Rahim Alışov, Sənan Süleymanlı, Siracəddin Kərimov, Vüqar Kərimov və Tahir Əliyevdən (təşkilati dəstək) ibarət tərkibdə təmsil olunub.

Qeyd olunmalıdır ki, analoji yarış may ayının 2-də Paris Vəkillər Kollegiyasının şahmat komandası ilə də keçirilib. Komandamız 26:18 hesabı ilə qələbə qazanıb.

Femida.az

Açar sözlər: #vəkillərkollegiyası   #vəkil  

Oxunub: 1553