Hasar uşaqların üstünə uçdu: Ölən var


11:46     31 May 2020 20_05_31_1590911393.jpg


Qusarda hasar ətrafdakı uşaqların üstünə aşıb.


Femida.az-ın xəbərinə görə, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən, 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.

Femida.az

Açar sözlər:

Oxunub: 600


Oxşar xəbərlər