Türkiyə vətəndaşları Azərbaycanda 90 gün vizasız qala biləcək - RƏSMİ


12:39     31 May 2020 ndoneziya%20Azərbaycanla%20vizasız%20rejim%20tətbiq%20edir.jpg


Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün vizasız qalma müddəti 90 günə qaldırılıb.


Femida.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib.

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.

Layihə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında qəbul olunub.

Femida.az

Açar sözlər: #Türkiyə   #viza  

Oxunub: 985