Balakəndə keçmiş məhkumdan 26 bükümdə heroin götürülüb
14:50 31 May 2020
Balakəndə keçmiş məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb.
Femida.az -ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş Şamil Qarayev saxlanılıb. Şübhəli şəxs qismində saxlanılan Ş. Qarayevin üzərinə baxış zamanı ondan 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Digər əməliyyat zamanı rayon sakini, Elçin Yusifovun üzərindən isə psixotrop maddə hesab edilən metanfetamin götürülüb.
Hər iki fakt üzrə Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Oxunub: 622
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb