Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var


15:25     31 May 2020 20_05_31_1590922199.jpg

Yevlaxda yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb. “VAZ” markalı avtomobil “Mercedes” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Mercedes” aşıb.

Qəza nəticəsində xəsarət alan Yevlax sakinləri – 1998-ci il təvəllüdlü Baloğlanlı Həmid Qabil oğlu və 1990-cı il təvəllüdlü Babayev Sarvan İsmayıl oğlu Xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 805