Azərbaycanda əhalinin bank əmanətləri azalıb


17:36     31 May 2020 dollar%20emanet.jpg

Bu ilin may ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 758 mln. manat təşkil edib.

Femida.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 493,7 mln. manat və ya 6% azalıb.

Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 957 mln. manat və ya 11% azalma deməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 747