Göyçayda 10-cu sinif şagirdi kanalda batıb
19:08 31 May 2020
Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Femida.az-ın xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib.
Onun meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Femida.az
Oxunub: 769
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var