Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi


20:20     31 May 2020 2020/05/b5cb98eb-2c58-4f97-89a3-da298330f54f_1590942159.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarının bəzi maddələrinin şərh edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 25-nə təyin edilmiş iclasında baxılacaq.



Femida.az

Açar sözlər:

Oxunub: 1917