Rusiyada biznesmen intihar etdi


22:47     05 Dekabr 2015 download58.jpg

Rusiyanın böyük sərmayədarı və hüquqşünas Dmitri Şumkov həyatına qəsd edib. Femida.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, biznesmenin meyiti “Moskva-Siti” elit kompleksinin ofisində açkarlanıb.


Moskva hüquq-mühafizə orqanlarının ən prioritet versiyası Rusiyanın ən iri sərmayədarı hesab edilən Dmitri Şumkovun maliyyə problemləri səbəbindən intihar etməsidir.

Mənbələrin məlumatına görə, Şumkov bir il əvvəl həmin vaxt “Mosinjproekt”in yüksək vəzifəli rəhbərlərindən biri olan tanınmış Andrey Arxangelski ilə ciddi işgüzar əlaqə qurub. Həmin şirkətin direktorlar şurasına Moskvanın tikinti siyasətinə cavabdeh olan vitse-mer Marat Xasnullin də daxil olub. Mənbə qeyd edib ki, dəstəyə və təcrübəli yoldaşlarının məsləhəti ilə Şumkov paytaxt ərazisində tikinti layihələrini genişləndirib.

Ancaq 2015-ci ilin yazında Andrey Arxangelski gözlənilmədən “Kotelniki” metro stansiyasının tikintisinin subpodratçısından iri məbləğdə rüşvət alanda hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Dekabrın 3-də, Dmitri Şumkovun meyiti aşkarlanmazdan bir gün əvvəl Andrey Arxangelski 3,5 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə o həm də 50 milyon rubl cərimə ödəməlidir.

Açar sözlər:

Oxunub: 888