FHN Şirvan kanalında batan şagirdlə bağlı məlumat yaydı


21:42     31 May 2020 big_1404314237_bogulma.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şirvan su kanalının Göyçay rayonu, Aşağı Qaraməryəm kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Femida.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 820