Polis aptekdən pul və dərman oğurlayan şəxsi tutdu


10:18     01 İyun 2020 qandal%20hesb22.jpg

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsi (PŞ) və 6-cı Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 7-dən aprelin 14-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən 1 400 manat pul, sənədlər və 500 manat dəyərində dərman preparatları, 3 mağazadan isə 120 manat pul, 2 200 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 752