"Hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdəki nifrət cinayətlərinə qarşı mübarizəsi tələb olunandır" - Deputat


11:50     01 İyun 2020 20_06_01_1590997939.jpg


“Son dövrlər sosial mediada müzakirələrin qəddarcasına, ictimai və siyasi şəxslərə qarşı aqressiv formada və cinayət hüququna zidd şəkildə aparılması hallarının artması müşahidə olunur”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu, tək Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur:

“Bütün bunlar hücuma məruz qalan insanların fərdi hüquqlarının pozulması ilə yanaşı, eyni zamanda, siyasi müzakirənin mövcudluğunu sual altına salır. Belə qəddar mühitdə insanlar bir çox hallarda ağır sözlərə məruz qalacağından ehtiyat edərək siyasi müzakirələrdən çəkinir və fikrini ifadə etmir. Bu isə fikir azadlığını təhlükə altına salır. Buna qarşı mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə olan nifrət cinayətlərinə qarşı effektiv mübarizəsi tələb olunandır. Səmərəli cinayət təqibi cinayətkarın identifikləşməsini və sübutların qorunmasını şərtləndirir. Cinayət məsuliyyətinə səbəb olan paylaşımlar barədə məlumatların hüquq-mühafizə orqanlarına təqdim olunması isə səmərəli cinayət təqibi üçün çox vacibdir”.

Femida.az

Açar sözlər:

Oxunub: 383


Oxşar xəbərlər