Vintaçanla qətl törədən şəxsə ağır cəza


22:45     22 May 2015 1432213318_27494.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Orxan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Məhkəmənin hökmü ilə O. Mehdiyev 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, qətl keçən il iyulun 7-də Zabratda baş verib. 22 yaşlı Bakı şəhər sakini Orxan Mehdiyev 30 yaşlı Andrey Vladimiroviç Tbiziyevi vintaçanla qətlə yetirib. İstintaq zamanı məlum olub ki, hər iki şəxs yolda avtomobil idarə edən zaman aralarında mübahisə yaranıb.

Açar sözlər:

Oxunub: 635


Oxşar xəbərlər