Avtomobildən pul və telefon oğurlayan saxlanıldı


12:39     01 İyun 2020 cibgir1.jpg

Səbail polisi avtomobildən oğurluq edən şəxsi saxlayıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 29-da rayon ərazisində “Renault” markalı avtomobildən 560 manat dəyərində mobil telefon oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.

Açar sözlər:

Oxunub: 646