"AtaSığorta" vətəndaşın pulunu ödəmir" — Vətəndaş şikayət edir


15:54     01 İyun 2020 2020/06/kollaj-ata-sigorta_1591012265.jpg

Ucar rayon sakini Səlimov Səlim Xəyyam oğlu tərəfindən Femida.az saytına müraciət daxil olub.



Vətəndaş müraciətində bildirib ki, ona məxsus olan Vaz 2107 markalı 09-BR-860 Dövlət Qeydiyyat Nişanlı avtomobil başqa bir avtomobil tərəfindən vurulub. Hadisə Ucar rayonu ərazisində baş verib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Vətəndaş bildirib ki, hadisədən sonra əraziyə sığorta şirkətinin əməkdaşları gəlib və fotoşəkilləri çəkib, akt tərtib edilib.

“Qəza 2020-ci ilin mart ayının 10-da baş verib. Mənim avtomobilimə ziddi ziyan dəyib. İlkin olaraq usta 970 manat dəyərində avtomobilə zərər dəydiyini dedi. Daha sonra “Ata sığorta”nın əməkdaşları daha az miqdarda sığorta yazdılar. Onların bildirdiyinə görə, avtomobilə 375 manat ziyan dəyib. Mən bu rəqəmlə razı deyiləm. Dəyən ziyan və qiymətlər hamısı göz qabağındadır. Sığorta şirkəti niyə az miqdarda pul yazır?”

Səlim Səlimovun sözlərinə görə hadisədən 3 aya yaxın müddət keçməsinə baxmayaraq bu günə qədər sığorta şirkəti ona dəyən ziyanı ödəmir.

“AtaSığorta” bu günə kimi mənə dəyən ziyanı ödəmir. Onlar heç bir əsas gətirmədən vaxtı uzadır. “

Məsələnin hüquqi tərəfini də araşdırdıq.

Mövcud durumda vətəndaşın hansı hüquları pozulub? Vətəndaş sığorta şirkətindən əlavə məbləğ tələb edə bilərmi?





Mövzu ilə bağlı Femida.az -a açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, sığorta müqavilsinə görə sığortaçı hesab olunan hər bir sığorta şirkəti həmin müqavilədə nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda müqavilədən irəli gələn öhədiliyinə uyğun olaraq hər bir halda sığorta ödənişini verməyə borcludur.

Qanun sığortaçıya sığorta hadisənin baş verməsini faktını yoxlamaq və sığorta ödənişinin həcmini müəyyənləşdirmək üçün araşdırma aparmaq hüququ vermişdir. Sığortaçı sığorta hadisəsi barədə məlumatı aldıqdan sonra süründürməçiliyə yol vermədən obyektiv araşdırma aparmaqla mümkün olan qısa müddət ərzində araşdırmanın nəticəsi barədə müqavilə tərəfi olan sığortaolunana rəsmi cavab verməlidir.

Əgər sığortaçı apardığı araşdırma nəticəsində sığorta hadisəsinin baş vermədiyi yaxud müəyyən edilmədiyi qənaətinə gələrsə sığorta ödənişinin verilməsindən imtina barədə, sığorta hadisəsini təsdiq etdiyi halda isə ödəniləcək sığorta məbləğinin həcmi barədə rəsmi bildirişi sığorta olunana təqdim etməlidir.
Sığortaolunan sığortaçının təqdim etdiyi imtina və yaxud sığorta ödənişinin həcmi ilə razılaşmadıqda mübahisə məhkəmə qaydasında həll edilməldir.

Mülki qanunvericiliyə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, sığorta olunan ondan hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tələb edə bilər.

Bəzən təcrübədə sığorta hadisəsi baş verdikdən sonra sığortçının sığortaolunanı süründürməçiliyə məruz qoyaraq, hər vasitə ilə sığorta ödənişinin verilməsindən imtina etməyə yaxud sığorta ödənişinin məbləğini mümkün qədər azaltmağa səy göstərməsi hallarına da təsadüf edilir.
Ona görə də yüksək sığorta məbləğinin ödənilməsinə əsas olan sığorta hadisəsi baş verdiyi andan etibarən sığortaolunanın hüquqi yardım alması daha məsləhətlidir.
Təcrübə göstərir ki, bəzən sığortaçının süründürməçiliyinə məruz qalaraq son anda sığortaçıdan imtina yaxud real zərərə uyğun olmayan, az miqdarda sığorta ödənişi barədə təklif almış sığortaolunan uzun bir müddətdən sonra hüquqi yardım üçün vəkilə müraciət edir.

Vəkil tərəfindən aparılan araşdırma zamanı məlum olur ki, sığorta hadisəsindən keçən müddət ərzində həmin hadisənin vurduğu zərəri təsdiq edən sübutlar sığortaolunan tərəfindən əldə edilməmişdir. Məsələn, sığorta obyekti olan və zərər vurulmuş əmlakın ilkin görüntüsü və rəsmi müayinəsi sığortaolunanada olmadığı halda, sığortaolunan öz hesabına həmin zərəri aradan qaldırır və əmlakın ilkin vəziyyətini təsəvvür etmək üçün əldə heç bir sübut olmur. Bu cür arzuolunmaz vəziyyət də hüquqi yardımı çətinləşdirməklə, işin müsbət həllinə ciddi maneə yaradır.

Vətəndaşın iddiası ilə bağlı "AtaSığorta" şirkətinə dəfələrlə sorğu ünvanlasaq da, qarşı tərəf sualı cavablandırmaqdan imtina etdi.

Miri Məcidli
Femida.az

Açar sözlər: #Ata_sığorta   #şikayət   #hüquq   #vəkil   #məhkəmə   #xəbərlər  

Oxunub: 2015


Oxşar xəbərlər