Tikinti ilə bağlı bu tələb ləğv edildi
15:57 01 İyun 2020
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.
Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin siyahısı artırılıb.
Belə ki, bundan sonra yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
Eyni zamanda insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kvadratmetrdən, tikinti sahəsi 1 000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
Qeyd edək ki, aşırım yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir.
Femida.az
Oxunub: 634
Oxşar xəbərlər
- Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub
- Bakıda tikintidə fəhləni yıxaraq ölümünə səbəb olan şəxs həbs edilib
- Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb
- Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib
- Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb
- Azərbaycanda tikinti şirkətinin rəhbəri həbs edilib
- Xudatda tikinti materialları fəhlənin üzərinə aşıb, vəziyyəti ağırdır
- Fəhlələri tikintidə qanunsuz işlədən şəxslər 167 min manata yaxın məbləğdə cərimələnib
- Bakıda məktəblərin tikintisi və təmirinə 15,6 milyon manat ayrılıb
- Prezident Daşaltıya gedib, tunellərin tikintisi ilə tanış olub