Elman Rüstəmov: Bağlanan banklarda 680 milyon manat qorunan əmanət var


17:04     01 İyun 2020 20_06_01_1591016669.jpg


Bağlanan 4 bankda - “Ata Bank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank” qorunan əmanətlər 680 milyon manatdır.

Femida.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, 683 milyon manatlıq əmanətin 680 milyonu qorunan əmanətlərdir. Bu məbləğin 200 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri hesabına, 480 milyon manatı isə Mərkəzi Bankdan dövlət zəmanəti ilə kredit şəklində veriləcək. Bununla bağlı Maliyyə Nazirliyinə müraciət edilib və qısa müddətdə məsələ həllini tapacaq".

Femida.az

Açar sözlər: #bank  

Oxunub: 660