Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb
17:50 01 İyun 2020
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhər Baş polis idarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirib.
AQTA-dan Femida.az-a verilən məluamta görə, yük avtomobilində fiziki şəxs Poladlı Pərviz Şəmsi oğluna məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb.
Dərman preparatlarından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Oxunub: 1054
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb