Bakıda evdən 77 yaşlı qadının meyiti tapılıb


19:37     01 İyun 2020 20_06_01_1591019303.jpg


Bakıda mənzildə meyit tapılıb.


Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Semyoniçeva Cəmilə Qaraxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 739