Ombudsman Aparatının əməkdaşı uşaqlarla virtual görüş keçirdi
20:16 01 İyun 2020
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 95 nömrəli tam orta məktəb ilə birgə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş keçirilib.
Femida.az xəbər verir ki, onlayn görüşdə Ombudsman Aparatının, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Xətai Rayon İcra Hakimiyyətinin, Nəsimi və Xətai rayonlarının gənclər və idman idarələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə sağlamlıq imkanları məhdud 2, 3 və 5 saylı məktəblərin istedadlı uşaqları iştirak ediblər.
Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev onlayn görüşdə çıxış edərək uşaqları, onların valideynlərini və müəllimlərini Müvəkkil Səbinə Əliyevanın adından salamlayıb, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrikini və ən xoş arzularını çatdırıb.
Ombudsmanın insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi və təbliği, o cümlədən pandemiya dövründəki fəaliyyəti çərçivəsində gördüyü işlər, eyni zamanda, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bəyanatı haqqında məlumat verilib.
Ölkə Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd edildiyi, həmin əlamətdar tarixlə əlaqədar ənənəvi olaraq, bu il də Ombudsmanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”nın elan olunduğu, bu çərçivədə uşaq hüquqları ilə də bağlı onlayn formada silsilə tədbirlərin keçirildiyi bildirilib.
Onlayn görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların ifasında şeirlər, mahnılar səsləndirilib.
Femida.az
Oxunub: 828
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub