Masallıda avtomobil kanala aşdı, sürücü öldü


09:19     02 İyun 2020 1359952125_qeza-avariya-main.jpg

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a bildirilib ki, rayonun Ərçivan kəndində LADA markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 650