Bakıda qadın küçədə döyülüb, çantası oğurlanıb


09:46     02 İyun 2020 2020/06/qadin_isgence_014788_1591076888.jpg

Bakıda qadına hücum edilərək soyğunçuluq törədilib.

Femida.az -ın məlumatına görə, Yasamal rayon A. Şərifzadə küçəsində naməlum şəxs Bakı şəhər sakini D. Babayevanın sinəsindən yumruqla vuraraq içərisində 540 manat olan pul, təqaüd kartları və sənədlərini olan əl çantasını quldurluq yolu ilə talayıb.

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1982-cü il təvəllüdlü Ramin İsmayılov müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 722