9 işəgötürən barədə məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib
09:59 02 İyun 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.
Xidmətdən Femida.az-a verilən məlumata görə, Xidmət tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.
Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.
Oxunub: 649
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- 9-cu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb
- 9 yaşlı uşaq kanalda boğuldu
- 9 il bağlı qalan şok cinayət - Kişinin qatili öz arvadı çıxdı
- 96 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
- 9 illik bazadan kolleclərə qəbul qaydaları dəyişib
- 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
- 900-ə yaxın erməni hərbçisinin meyiti tapılıb
- 9 ay ərzində 103 şəxs Azərbaycana readmissiya edilib
- 9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatıb