Masallıda zəhərli ilanlar evə hücum etdi - BİR AİLƏ TƏHLÜKƏ QARŞISINDA
10:21 02 İyun 2020
Masallı sakini evinə hücum etmiş 17 ilanı öldürüb.
Femida.az APA-ya istinadla xəbər verir ki, dünən axşam saatlarında rayonun Rüdəkənar kənd sakini İlham Əliheydər oğlu Əkbərova məxsus yaşayış evini ilanlar basıb.
Zəhərli ilanların evə və həyətyanı sahəyə girməsindən ev sahibi və onun həyat yoldaşı çox narahatdırlar. Yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər.
Artıq 17 ilanı zərərsizləşdiriblər, ən iri ilanın uzunluğu 1.3 metrə çatır. Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir sözügedən ərazidə yaşayan İlham Əkbərovun sözlərinə görə, əvvəllər də həyətyanı sahədə ilanlar olub.
İndi isə zəhərli ilanlar evə hücum ediblər, hətta yuva qurublar. Onun sözlərinə görə, bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib.
Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib və bu gün həyətdə dezinfeksiya işləri aparılıb.
Oxunub: 2444
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib
- Masallıda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin üstü açılıb
- Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb