Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb


10:30     02 İyun 2020 2020/06/1591079007028_t7L7d3f3_1591079495.jpeg

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəhər sakini Novruzəli Həsənov saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, N. Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 85 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 645