Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə verdi — ƏMR


10:49     02 İyun 2020 20_06_02_1591080606.jpg

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək. / bakupost

Femida.az

Açar sözlər: #DİN   #polis  

Oxunub: 767