Göyçayda 25 yaşlı oğlan özünü asıb


11:16     02 İyun 2020 20_06_02_1591082220.jpg

Göyçay rayonunda intihar hadisəsi baş verib.


Femida.az -ın xəbərinə görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Rayonun Veysəlli kənd sakini, 1995-ci il təvəllüdlü Rüstəmov Səddar Fazil oğlu Kürdəmiş kəndində yaşayan dostu, 1975-ci il təvəllüdlü Rüzgar Mikayılovun həyətyanı sahəsində özünü kəndirlə asaraq öldürüb. Onun intihardan öncə "Haqqınızı halal edin, mən getdim" sözləri yazılan məktubu tapılıb.

Onun hansı səbəbdən özünə qəsd etməsinin səbəbi məlum deyil.


Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 810