Karantini pozan kafe sahibi cəzalandırıldı


11:18     02 İyun 2020 2020/06/23893f2c-60cd-4bf3-bc58-02df3a767c7a_1591082350.jpg

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Femida.az-n xəbərinə görə, hadisə iyunun 1-i saat 22:30 paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 1 ünvanında yerləşən "İradə" kafesində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlər nəticəsində "İradə" kafesinin xüsusi karantin qaydalarını pozaraq, yəni saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq tədbirlərlə çay evində ümumilikdə 5 nəfər müəyyən edilib, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib olunub. Kafenin sahibi 200 manat, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.

Femida.az

Açar sözlər:

Oxunub: 653