Mədəniyyət Nazirliyi məlumat yaydı


13:56     02 İyun 2020 medeniyyet-nazirliyi-640.jpg

Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.


Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.

"Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub.

Açar sözlər:

Oxunub: 614