Bu il Azərbaycanda 48 minə yaxın doğum qeydiyyata alınıb
15:22 02 İyun 2020
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 5 ayı ərzində 48 minə yaxın doğum dövlət qeydiyyatına alınıb.
Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların ədliyyə sisteminə çıxışı" mövzusunda videokonfrans formatında keçirilən görüşdə bildirilib.
Qeyd olunub ki, o cümlədən qeydiyyatdan kənarda qalmış uşaqlar müəyyən olunaraq onlara və səyyar qaydada tibb müəssisələrində ümumilikdə 700-ə yaxın doğum haqqında şəhadətnamə verilib.
Qeyd edək ki, sözügedən tədbirdə Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun, Ombudsman Aparatının məsul şəxsləri, hakim, Vəkillər Kollegiyasının nümayəndəsi, UNİCEF-in Azərbaycandakı ofisinin proqram rəhbəri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.
Oxunub: 673
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir