Daha 120 azərbaycanlı Rusiyadan təxliyə olundu


15:55     02 İyun 2020 azal%20(4).jpg


Bu gün daha 120 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunub.

Bunu Report-a açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

“Hazırda 120 nəfər Rusiya-Azərbaycan sərhədini keçib. Azərbaycana qayıtmaq istəyənlər yenə də var. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə E.Hüseynov bildirib.

Femida.az

Açar sözlər: #azal  

Oxunub: 517