Bu kənd koronavirusa görə nəzarətə götürüldü
16:03 02 İyun 2020
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da son bir neçə gün ərzində Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində sakinlər arasında qeyd olunan virusa yenidən yoluxma halları müşahidə olunub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları pandemiyanın rayon ərazisində aşkarlanmasına operativ reaksiya verərək adı çəkilən kənd ərazisini xüsusi nəzarətə götürüblər. Polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib.
Bundan əlavə şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb.
Femida.az
Oxunub: 597
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb
- Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, ölən var
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- Qubada 35 yaşlı kişi qətlə yetirilib