Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb


16:27     02 İyun 2020 Manati_new.jpg

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dövlət büdcəsinə 4 205,04 manat borcu var.

Femida.az-ın ASK-dan əldə etdiyi məlumata görə, qurumun regional nümayəndəliklərindən ikisinin də vergi borcu mövcuddur.

Belə ki, ASK-nın Şəki rayon nümayəndəliyi büdcəyə 146,25 manat, Goranboy rayon nümayəndəliyi isə 154,5 manat ödəniş etməlidir.

Xatırladaq ki, ASK-nın Azərbaycanın 40 regionunu əhatə edən nümayəndəlikləri var.

Açar sözlər:

Oxunub: 318