Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
17:07 02 İyun 2020
Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılıb.
Sərəncam imzalandığı gündən (mayın 30-dan) qüvvəyə minir.
Oxunub: 715
Oxşar xəbərlər
- Azərbaycanda şagird dərs zamanı vəfat edib
- Dərslər bu tarixdən başlayır
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Azərbaycanda dəhşətli intiharın təfərrüatı: Uşaqlarını dərsə, yoldaşını bazarlığa göndərdi...
- Daha 2 məktəbdə əyani dərslər bərpa olundu
- Virusa görə bağlanan məktəb və liseydə dərslər bərpa olundu
- Bu gün ibtidai sinif şagirdləri üçün dərs yoxdur
- Daha 3 məktəbdə əyani dərslər bərpa olundu
- Dörd məktəbdə əyani dərslər bərpa olundu
- "İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla heç bir problem yaşanmaz" - Ərdoğan