Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı 3 illik plan təsdiqləndi


17:42     02 İyun 2020 20_06_02_1591105404.jpg


Nazirlər Kabineti “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın təsdiq edib.

Femida.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli əsədov sərəncam imzalayıb. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə 2 (iki) dəfə hesabat dövrü başa çatdıqdan sonrakı 1 (bir) ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Femida.az

Açar sözlər: #yol   #hərəkəti   #qanun  

Oxunub: 983