Bu qurumlar yol hərəkəti ilə bağlı yenilikləri sosial şəbəkələrdə yayacaq


18:56     02 İyun 2020 yollar.jpg

Azərbaycanda yol hərəkəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, eyni zamanda “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatlar televiziya və radio kanallarında, eləcə də sosial şəbəkələrdə ictimaiyyətə çatdırılacaq.

Femida.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Bununla bağlı icraçı qurumlar Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi (BNA), Azərbaycan Avtomobil Federasiyası müəyyənləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 831