Maska taxılmamasına görə cərimələr qüvvəyə minib - MƏBLƏĞ
20:12 02 İyun 2020
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Femida.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Oxunub: 946
Oxşar xəbərlər
- Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq – AÇIQLAMA
- Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA
- Maska taxmayanlar cərimələndi
- Maska taxmağın məcburi olduğu yerlər - SİYAHI
- Maskaya görə cərimələr artırıldı
- Maska taxmamağa görə cərimələr artırılır
- Maska idxalı sentyabradək rüsumdan azad edildi
- Maskadan istifadə etməməyə görə cərimələr 2 dəfə artırılır
- Maska taxmayanların ödədiyi cərimələr koronavirusla mübarizəyə xərclənəcək
- Maskadan istifadə tələblərinin pozulmasına görə cərimələr müəyyənləşir - MƏBLƏĞ