Peru Konqresi Azərbaycana təbrik bəyanatı qəbul edib
09:02 03 İyun 2020
Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunvericilik orqanında Azərbaycanın Respublika günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.
Azərbaycanın Peru Respublikasındakı diplomatik nümayəndəliyindən Femida.az-a verilən məlumata görə, bəyanatda 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanıb.
Sənəddə həmçinin Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilib.
Sonda AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi adından ölkəmizə təbrik ifadə olunub.
Femida.az
Oxunub: 607
Oxşar xəbərlər
- Peru Konqresi Zəfər Günü ilə bağlı bəyanat qəbul edib
- Peru Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib
- Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
- Peruda avtobus dərəyə aşıb, onlarla sərnişin həlak olub
- Peru Prezidentindən İlham Əliyevə məktub
- Perunun Azərbaycandakı səfirliyi bağlanır
- Peru və Ekvadorda güclü zəlzələ baş verdi
- Peru və Ekvadorda güclü zəlzələ baş verdi
- Peruda zəlzələ olub
- Perunun Azərbaycana yeni səfiri - təyin edildi