Pandemiyanın təsirlərinə məruz qalmış sahibkarlara əlavə vaxt verilib
09:38 03 İyun 2020
Azərbaycanda müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri hesablanmış vergini bu il sentyabrın 1-nə qədər ödəyə bilərlər.
Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə hesabatları bu il sentyabrın 1-nə qədər vergi orqanına təqdim edir və hesablanmış vergini də elə həmin tarixə qədər ödəyir.
Femida.az
Oxunub: 591